ABŞ Prezidenti Donald Tramp bazar ertəsi Ağ Evdə İlon Maskın rəhbərlik etdiyi hökumətin səmərəliliyi nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb. AzPost APA-ya  istinadla xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb. “Bu, dövlət işinin səmərəliliyini artıracaq bir fərmandır”, - Prezidentin köməkçisi sənəd imzalamazdan əvvəl bildirib. Yeni strukturun əsas məqsədi dövlət xərclərini azaltmaq və federal proqram təminatını özəl sektor standartlarına uyğunlaşdırmaqdan ibarət olacaq.