ABŞ-da atışma zamanı uşaqlar da daxil olmaqla bir neçə nəfər yaralanıb

18 Oktyabr 2020 - 08:30

ABŞ-ın Mesa şəhərində (Arizona ştatı-red) avtomobil dayanacağı yaxınlığında baş verən atışmada azı 7 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə polisə istinadən ABC telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, naməlum şəxslər ərzaq köşkünün qarşısında toplaşmış şəxslərə atəş açıblar. Hüquq-mühafizə orqanlarının nümayəndəsi qeyd edib ki, xəsarət alanlar arasında 3-ü böyüklər, 4-ü həddi-büluğa çatmayanlar, uşaqlardır. Xəsarət almış 1 yaşlı uşağın vəziyyəti ağır qiymətləndirilir.