ABŞ-da əhalinin 62 faizi tam peyvənd olunub

26 May 2021 - 10:11

Birləşmiş Ştatlarda böyüklərin yarısı COVID-19-a qarşı tam peyvənd olunub.

Prezident Co Bayden iyulun 4-dək böyüklərin 70 faizinə azı bir dozanın vurulmasını hədəf qoyub. Hazırda bu rəqəm 62 faizdir. Mayın 25-də Moderna şirkəti elan edib ki, araşdırma onun vaksininin 12 yaşlı uşaqlarda da effektli olduğunu ortaya qoyub.

Şirkət iyunda yeniyetmələrlə bağlı datasını ABŞ-da və digər yerlərdə qlobal tənzimləyicilərə təqdim edəcəyini açıqlayıb.