“ABŞ-da “erməni soyqırımı” ilə bağlı qərarın haqsız olduğunu sənədlərlə sübut etdik”- Ərdoğan

“ABŞ-da Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərarının haqsız olduğunu sənədlərlə sübut etdik”.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Türkiyə Böyük Millət Məclisində (TBMM) qrup iclasında çıxışı zamanı deyib.

Türkiyə Prezidenti bildirib ki, Nümayəndələr Palatasının məlum qərarı tarixi həqiqətlərə zidddir.

Ərdoğan ABŞ senatının onunla görüşdən sonra qondarma “erməni soyqırımı” ilə bağlı qətnaməni blokladığını da xatırladıb.

Qeyd edək ki, ötən ay ABŞ Nümayəndələr Palatası qondarma “erməni soyqırımı”nın tanınması barədə akt qəbul edib. Lakin ABŞ senatı Ərdoğanla görüşdən sonra “erməni soyqırımı” ilə bağlı qətnaməni bloklayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Məhkəmə qərarlarının icrası ilə bağlı yeni mexanizm işlənib hazırlanmalıdır”

Sonrakı məqalə

Bakıda sərnişin avtobusu qəza törədib