“Vaşinqtonla Tehran arasında əldə edilən razılaşmaya əsasən, iranlı fizik Sirus Əsgəri tezliklə evinə qayıdacaq”.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Abbas Musəvi deyib.
“Hər hansı problem yaranmazsa, Sirus Əsgəri yaxın günlərdə ölkəmizə qayıdacaq”, – deyə o vurğulayıb.
Qeyd edək ki, Sirus Əsgəri Ağ Evin İrana qarşı tətbiq etdiyi sanksiyaları pozduğu üçün 2017-ci ildə ABŞ-da saxlanılıb. O, Ohayo ştatının universitetindən məxfi məlumatları oğurlamaqda və ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları pozmaqda ittiham olunurdu.