ABŞ-nin San-Dieqo əyalətində məsciddə atışma baş verib. İnsanlar hadisə yerindən təxliyə edilib. Hadisə baş verən yer San-Dieqo əyalətinin ən böyük məscididir. San-Dieqoda məsciddə baş vermiş atışmada azı 5 nəfər həyatını itirib. Federal Təhqiqatlar Bürosu 2 yeniyetmə şübhəlinin öldüyünü təsdiqləyib. Onların öz silahlarından açdıqları atəş nəticəsində öldüyü bildirilir. Rəsmilər həmçinin hücumda azı 3 nəfərin öldürüldüyünü açıqlayıblar. Ağ Ev hadisə ilə bağlı Prezident Donald Trampın məlumatlandırıldığını bildirib.

AzPost.az