ABŞ da Navalnı ilə bağlı Rusiyaya sanksiya tətbiq etdi

ABŞ Ticarət Nazirliyi müxalifətçi bloqer Aleksey Navalnının həbsi ilə bağlı 14 təşkilata sanksiya tətbiq edib.

“RİA-Novosti”nin verdiyi xəbərə görə, bu barədə ABŞ administrasiyasının yüksək səviyyəli rəsmisi brifinqdə bildirib.

Onun sözlərinə görə, bu təşkilatlardan 13-ü ticarət şirkətidir, onlardan 9-u Rusiyada, 3-ü Almaniyada, biri isə İsveçrədə yerləşir. “Bu şirkətlərin hamısı bioloji silahların və kimyəvi silah elementlərin istehsalının fərqli aspektlərində iştirak edir”, – deyə qeyd olunub.

Bu gün həmçinin Avropa İttifaqı A. Navalnı ilə bağlı Rusiya güc strutkrularının rəhbərlərinə sanksiya tətbiq edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident çağırış və hərbçilərin ehtiyata buraxılması haqqında Sərəncam imzaladı

Sonrakı məqalə

Adamlara vəzifə vəd edib pul qoparan “general” azadlığa buraxılıb-