ABŞ-da virusa görə işsiz qalan 3 milyon insan kompensasiya üçün müraciət edib

Keçən həftə ölümcül koronavirusa görə Birləşmiş Ştatlarda minlərlə iş yeri bağlandığı üçün rekord sayda (3.3 milyon) işsiz qalan insan işsizlik kompensasiyası üçün müraciət edib.

Azpost.info bildirir ki, işsiz qalanların müraciəti ilə bağlı sənədləşmə işləri ilə məşğul olan bəzi dövlət idarələri bunun öhdəsindən gələ bilmir. Sənədlərini elektron qaydada və ya idarələrə təqdim etmək istəyənlər saatlarla gözləməyə məcbur olur.

Nyu-York və Oreqon da daxil olmaqla, bəzi ştatlarda işsizlərə kompensasiyaya müraciət saytları sıradan çıxıb.

Ötən həftə müraciət edənlərin sayı 1982-ci ilin yüksək inflyasiyası dövründə olduğundan daha çox olub. O zaman 695 min İnsan işsizlik təzminatı üçün müraciət etmişdi.

İqtisadçılar milyonlarla yeni işsizliyin koronavirusun vurduğu iqtisadi zərərin yalnız bir göstəricisi olduğunu deyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiyanın İtaliyaya yardımı Avropa Birliyini qəzəbləndirib:

Sonrakı məqalə

Milli Məclisin iclasının gündəliyinə 16 məsələ daxil edilib