“ABŞ Dağlıq Qarabağla bağlı sülh sazişini dəstəkləyir” –

Vaşinqtonun ATƏT-də səfiri
13 Noyabr 2020 - 11:35

“ABŞ Dağlıq Qarabağ zonasında hərbi əməliyyatların dayandırılmasını və atəşkəsi dəstəkləyir”.

Azpost.info bildirir ki, bu barədə ABŞ-ın ATƏT-də səfiri Ceyms Gilmor bəyan edib. “Biz həmişə demişik ki, münaqişənin hərbi həlli yoxdur. Qurbanlara görə dərindən təəssüf hissi keçiririk”.

Gilmor bildirib ki, vəziyyət aydınlaşdıqca bağlanımş saziş barədə daha çox məlumatlı olacaqlar. “Biz ATƏT-in və beynəlxalq ictimaiyyətin sülhün dəstəklənməsində rolunu da nəzərdən keçirməli olacağıq”.