ABŞ-dan İrana sərt ittiham:

"Ərəbistandakı neft zavodlarını Tehran partladıb”( QALMAQAL)
15 Sentyabr 2019 - 15:15

ABŞ dövlət katibi Mike Pompeo Səudiyyə Ərəbistanının neft obyektlərinə edilən dron hücumlarına görə İranı günahlandırıb.

Azpost.info BBC radiosuna istinadən bildirir ki,Səudiyyənin Aramco dövlət neft şirkətinin iki obyektinə edilmiş hücüma görə məsuliyyəti  Yəmənin Husi üsyançıları öz üzərinə götürüb.

ABŞ dövlət katibi Mike Pompeo Husi üsyançılarının bu iddiasnı rədd edib. İran ABŞ-ın ittihamlarını “‘əsassız, anlaşılmaz və mənasız olduğunu” bildirib.

Səudiyyə Ərəbistanının enerji nazirinin bildirdiyinə görə, hücumlar nəticəsində gündəlik neft hasilatı 5,7 milyon barrel azalıb – bu isə krallığın neft hasilatının təxminən yarısını təşkil edir. Müxbirlərə görə, bu hadisə dünya neft bazarında qiymətlərə əhəmiyyətli təsir göstərə bilər.

Televiziya görüntülərindən Aramco-nun ən böyük neft emalı zavodunun yerləşdiyi Əbkeykdə böyük bir yanğının baş verdiyi aydın olur. Daha bir dron hücumu isə Xureys neft mədənində yanğına səbəb olub. Səudiyyə Ərəbistanı Yəməndə Husi üsyançı hərəkatına qarşı yaradılmış, Yəmən hökumətini dəstəkləyən və Qərb tərəfindən dəstəklənən hərbi koalisiyaya rəhbərlik edir.

Səudiyyənin neft obyektlərinə hücumlar Donald Trump-ın İranın nüvə fəaliyyətini məhdudlaşdıran nüvə razılaşmasından imtina etməsindən sonra və Irana qarşı ABŞ sanksiyalarının bərpası nəticəsində ABŞ-İran mnasibətlərindəki artmış və davam edən gərginlik fonunda baş verib.