ABŞ dövlət katibi ilə Paşinyan arasında telefon danışığı olub

ABŞ-ın Dövlət katibi Antoni Blinken və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Bu barədə ABŞ Dövlət katibi “Twitter”də bildirib.

Blinken bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Ermənistan və Azərbaycanın regionda sülhə nail olmaq üçün tarixi imkanlara sahib olması barədə səmərəli müzakirəsi olub: “Mən Ermənistanın Azərbaycan və Türkiyə ilə irəliyə doğru atdığı müsbət addımları yüksək qiymətləndirirəm. Region ölkələri arasında müzakirələr Cənubi Qafqazda davamlı sülhün açarıdır”, Dövlət katibi vurğulayıb.

Əvvəlki məqalə

Şeyxülislamın Gürcüstan səfəri nə ilə yadda qaldı?

Sonrakı məqalə

“Ermənistan ilə Azərbaycan arasında nəqliyyatın açılmasına dəstək verməyə hazırıq” –