ABŞ Dövlət katibi virus şübhəsi ilə özünü təcrid edib

16 Dekabr 2020 - 23:51

ABŞ Dövlət katibi Mayk Pompeo özünütəcrid edib.

Azpost.info RİA-ya istinadən bildirir ki, Pompeo koronovirus testi müsbət çıxmış şəxslə təmas saxladığı üçün bu addıma məcbur olub. Dövlət Departamentinin mətbuat xidməti bildirib ki, onun testi hələ ki mənfi çıxıb.

“Dövlət katibi COVİD testi müsbət çıxımış şəxslə təmasda olub. Müvafiq tövsiyəyə əsasən o karantinə gedib”-deyə idarədən məlumat verilib.

Pompeo hazırda tibbi xidmətin nəzarətindədir.