ABŞ dövlət katibi Yaxın Şərqə səfərə gəlir

22 May 2021 - 13:54

ABŞ dövlət katibi Blinken mayın 26-27-də Yaxın Şərqə səfər edəcək.

Azpost.info Röyter-ə istinadən bildirir ki, bu barədə mötəbər mənbələr agentliyə məlumat verib. Blinken Qəzzə bölgəsində Vaşinqtonun səylərinin necə reallaşmasını görmək istəyir. İsrail və Fələstinin rəsmiləri dövlət katibinin tam marşrutunu açıqlamayıblar.

Mənbənin verdiyi məlumata görə, Blinken səfər çərçivəsində həmçinin Misirdə və İordaniyada olacaq.