ABŞ dövlət katibi:“Trampın Talibanla danışıqları ləğv etməsi düzgün qərardır”

ABŞ dövlət katibi Mayk Pompeo bazar günü bildirib ki, prezident Donald Tramp Taliban liderləri ilə Kemp Deviddəki prezident iqamətgahında planlaşdırılan danışıqları qrupun Əfqanıstanda hücumlarını davam etdirməsindən sonra ləğv etməklə “düzgün qərar” verib.

“Biz Trampla görüşlə mükafatlandırılmadan öncə onların müharibənin dağıtdığı ölkədə zorakılığa son qoyulmasına dair təəhhüdlərinə əməl etməyə qadir olduqlarını görməliyik” -deyə, Pompeo CNN tele kanalına müsahibəsində bildirib. O, sülh danışıqlarının davam etdirilib-edilməyəcəyi, ya da nə zaman yenidən baçlayacağı ilə bağlı bir söz deməyib.

Amerikanın baş diplomatı bildirib ki, Trampın bazar günü Taliban və Əfqanıstan prezidenti Əşrəf Qani ilə Kemp Deviddə planlaşdırılan danışıqlar ABŞ-ın Əfqanıstanda 18 illik müdaxiləsini sona çatdırmaq üçün “Amerikanın milli maraqlarına bundan sonda xidmət edə biləcəyinə” dair fikrə əsaslanırdı.

ABŞ və Taliban sülh razılaşmasının əldə edilməsi üçün bir ilə yaxındır müzakirələr aparır. Birləşmiş Ştatların Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad keçən həftə onun komandasının prezident Trampın təsdiq etdiyi halda, 135 gün ərzində Amerikanın 5 min nəfərdən ibarət əsgəri qüvvəsinin beş hərbi bazanı tərk etməsinə imkan verəcək çərçivə razılığı layihəsini hazırladığını bildirib.

Pompeo müsahibə zamanı bildirib ki, Zalmaz Xəlilzada geri qayıtması haqda göstəriş verilib.

ABŞ prezidenti Donald bazar günü Əfqanıstan prezidenti Əşrəf Qani və “Talibanın əsas liderləri” ilə Merilend ştatında yerləşən Kemp Devid prezident iqamətgahında keçirilməsi nəzərdə tutulan danışıqları ləğv etdiyini bildirib. Şənbə günü Twitter səhifəsində yazdığı silsilə mesajlarda Tramp Kabildə bir Amerika əsgəri də daxil olmaqla, 12 nəfərin ölümülə nəticələnmiş bomba hücumundan dərhal sonra danışıqlarla bağlı planları ləğv etdiyini izah edib.

Amerika tarixində ən uzun hərbi müdaxilə ABŞ hərbi qüvvələrinin 2001-ci il 11 sentyabrda Birləşmiş Ştatlara qarşı terror hücumları törətmək üçün Talibanın nəzarətində olan ərazilərdəki Əl-Qaidə terrorçularının bazalarının məhv edilməsi məqsədilə keçirdiyi kampaniya ilə başlamışdı. Bu həftə 18 ili tamam olacaq hücumlar nəticəsində təxminən 3 min insan həyatını itirib.

Əl-Qaidə təlim bazalarının dağıldılmasına baxmayaraq, Əfqanıstanda illərlə davam edən müharibədə ABŞ-ın 2400 hərbi personalı həlak olub, 20 mindən çox əsgər yaralanıb.

ABŞ-ın hazırda Əfqanıstanda 14 min nəfərdən ibarət əsgəri qüvvəsi var.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İlqar Məmmədov:

Sonrakı məqalə

Gecə cəbhə xəttində atəşkəs 20 dəfə pozulub