ABŞ Dövlət katibi MDB dövlətlərinə səfərini təxirə salıb

ABŞ dövlət katibi Mayk Pompeo Bağdaddakı Amerika səfirliyi yaxınlığında baş verən hadisələrlə əlaqədar Ukrayna, Belarus, Qazaxıstan, Özbəkistan və Kipr səfərlərini təxirə salıb.

“TASS” agentliyi xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı açıqlamada deyilir.

Dövlət katibi Pompeo İraqdakı vəziyyəti izləmək, habelə Yaxın Şərqdəki amerikalıların təhlükəsizliyini təmin etmək məqdəsi ilə Ukrayna, Belarus, Qazaxıstan, Özbəkistan və Kipr səfərlərini təxirə salmağa və Vaşinqtonda qalmağa məcbur olub. Dövlət katibinin səfəri yaxın vaxtların birinəcən ertələnib və o bu səfəri səbirsizliklə gözləyir”, – deyə sənəddə qeyd olunur.

Qeyd edək ki, ABŞ-ın xarici siyasət idarəsi rəhbərinin yanvarın 3-dən 7-dək adı çəkilən ölkələrə səfər edəcəyi nəzərdə tutulmuşdu. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

DİN nazirinin sabiq müavini Zahid Dünyamalıyevin oğlu namizədliyini irəli sürüb –

Sonrakı məqalə

Şənlikdə qonaqlar Şaxta Babayla dalaşdılar –