ABŞ dövlət katibinin köməkçisi Gürcüstana səfər edəcək

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Riker Gürcüstana səfər edəcək.

Filip Rikerin sentyabrın 7-də Tbilisidə olacağı gözlənilir.

ABŞ diplomatı beynəlxalq konfransda iştirak edəcək və təhlükəsizlik məsələləri üzrə ekspertlər, siyasətçilər, vətəndaş fəalları və işgüzar dairələrlə Gürcüstanla bağlı məsələləri müzakirə edəcək.

Səfər zamanı Filip Rikerin Gürcüstan hökuməti, qanunverici orqan və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşləri də planlaşdırılır. (APA)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Xomeynini öldürməkdən imtina etdik, SAVAK rəhbəri ağlayaraq”məni də aparın” deyirdi” 

Sonrakı məqalə

Azərbaycan neftinin bahalaşması davam edir