ABŞ Dövlət katibinin köməkçisi Kaleb Orrun rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin "X" hesabında bildirilib. Qeyd edilib ki, ABŞ nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçənlərin xatirəsini ehtiramla yad edib.

AzPost.az