ABŞ gələn həftə Ukraynaya yeni böyük hərbi yardım paketi ayıracaq.
Azpost.info xəbər verir ki, bu barədə CNN ABŞ rəsmilərindən olan iki mənbəyə istinadən yazır.
Nəşrin məlumatına görə, bu paket orta hesabla təxminən 200 milyon dollar təşkil edən əvvəlki paketləri əhəmiyyətli dərəcədə üstələyəcək və artilleriya mərmiləri, hava hücumundan müdafiə sistemləri və döyüş əməliyyatları üçün vacib olan digər silahlardan ibarət olacaq.
Bununla belə, CNN-in məlumatına görə, Pentaqonun anbarlarında silah çatışmazlığı səbəbindən çatdırılmalarda gecikmə ola bilər.
Azpost.info