ABŞ-ın Azərbaycandakı səfiri:"Qarışıq hisslər keçirirəm"

“Bir amerikalı kimi qarışıq hisslər keçirirəm. 3 gün öncə məşhur basketbolçumuz Kobi Brayant dünyasını dəyişib. Bu idman növünün məşhurlaşmasında onun böyük rolu olub”.

“Report”un məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litsenberger 12-14 yaş qrupunu (oğlanlar və qızlar) əhatə edən Jr.NBA Azərbaycan Liqasının açılışına həsr edilmiş təqdimat mərasimi və mətbuat konfransında deyib. O, tədbirin əvvəlində əfsanəvi basketbolçunun xatirəsini yad etdikləri üçün mərasim iştirakçılarına təşəkkürünü bildirib.

O qeyd edib ki, basketbol xalis amerikan oyunu kimi dünyada çox məşhurlaşıb və futboldan sonra ikinci populyar idman növüdür: “Bu idman növünün 2 milyarddan çox azarkeşi var”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Koronavirusdan necə qorunmalı?

Sonrakı məqalə

AZAL Berlin, Paris və Milana uçuşları müvəqqəti dayandırır