ABŞ bir neçə ölkəyə yeni səfirlər təyin etməyə hazırlaşır. APA-nın Ağ Evin saytına istinadən verdiyi xəbərə görə, bu ölkələrin arasında Azərbaycan da var. Belə ki, ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Azərbaycandakı yeni səfiri vəzifəsinə Virciniya ştatından olan Aleksandr Aldenin namizədliyini irəli sürüb. Təyinat təsdiqlənməsi üçün Senata göndərilib.

AzPost.az