ABŞ-ın Bağdaddakı səfirliyinə 3 raket atılıb-Xəsarət alanlar var

İraqın mərkəzində “yaşıl bölgə”yə atılan rakentlərdən 3-ü ABŞ-ın Bağdaddakı səfirliyinin ərazisinə düşüb. 

APA-nın “Əl-Sumariya” televiziyasına istinadən xəbər verir ki, bu barədə İraqın təhlükəsizlik orqanlarındakı mənbə açıqlama verib.

Atəş nəticəsində bir neçə nəfərin yaralandığını xəbər verən televiziya kanalı bildirib ki, hazırda ABŞ səfirliyinin ərazisində helikopterlərlə insanlar təxliyə edilir.

“Əl-Ərəbiyyə” telekanalı isə təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb ki, səfirliyin ərazisinə düşən üç raketdən biri diplomatik missiyanın restoranına dəyib.

İraqın Baş nazir vəzifəsini icra edən Adel Abd əl-Mehdi açıqlamasında günahkarların tapılıb cəzalandırmağa göstəriş verdiyini deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Məhkəmə Eldar Mahmudovun əmisi oğlunun şikayətinə baxıb –

Sonrakı məqalə

Basketbolçu Kobi Brayantın 13 yaşlı qızı da atası ilə birgə qəzada həlak olub