ABŞ-ın BMT-dəki yeni nümayəndəsi təyin olunub.
Azpost.info bildirir ki, Tramp bu vəzifəyə Kelii Kraftı təyin edib. Kraft bu gün etimadnaməsini BMT-nin sədri Qutterişə təqdim edib.
Kentukki ştatından olan 57 yaşlı Kraft ABŞ-ın Kanadada səfiri olub. Səfir olduğu zaman Dövlət Departamenitinin qaydalarına zidd olaraq o hər həftə Amerikaya uçub. Qaydaya görə, dipolmatlara ildə 26 təqvim günü xarici səfərlərə icazə verilir. KİV hesbalamalarına görə, Kraft Ottavada olduğu 300 günün yarısını ABŞ-da keçirib.
Kelii Kraft Respublikaçılar partiyasının böyük sponsorlarından sayılır.
Bundan əvvəl ABŞ-ın BMT-də nümayəndəsi Nikki Xeyli olub.