ABŞ-ın bu il üçün büdcəsi 1,6 trilyon dollar olacaq- Konqres razılığa gəldi

ABŞ Konqresi hökumətin 2024-cü ildə 1,6 trilyon dollar məbləğində maliyyələşdirilməsi barədə razılığa gəlib.

Azpost.info xəbər verir ki, ABŞ prezidenti Co Baydenin Ağ Evin saytında dərc olunmuş bəyanatında deyilir ki, əldə olunmuş razılaşma “şatdaun”un (federal hökumətin maliyyələşdiməsinin qismən dayandırılması) qarşısını almağa imkan verəcək.

Respublikaçılar və Demokratlar arasındakı razılaşmaya əsasən, ABŞ-ın 2024-cü ildə büdcə həddi 1,59 trilyon dollar olacaq. Təklif olunan büdcəyə rekord məbləğdə müdafiə üçün 886 milyard dollar, qeyri-müdafiə xərcləri üçün isə 704 milyard dollar daxildir.

Müdafiə hissəsi, müdafiə xərcləri haqqında qanun layihəsinin bir hissəsi olaraq ötən ay prezident Bayden tərəfindən imzalanmışdı.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanın vizit kartı olan turizm

Sonrakı məqalə

Aygün Bəylər dəfn olunub