“ABŞ -ın hərbi bazasına hücuma cavab verəiləcək” –PENTAQON

ABŞ  Yaxın Şərqdə hərbi bazasına qarşı hücumlara cavab verəcək.

Azpost.info bildirir ki, bu barədə Pentaqonun rəhbəri Lloyd Ostin bildirib.

“İranın dəstəklədiyi qüvvələr ABŞ hərbçilərinə qarşı davam edən hücumlara görə məsuliyyət daşıyır. Biz lazımi addımları atacağıq” deyə o açıqlama verib.

Bazar günü səhər saatlarında ABŞ Mərkəzi Komandanlığı İordaniya- Suriya sərhədindəki hərbi bazaya PUA hücumu nəticəsində üç amerikalı əsgərin həlak olduğunu bildirib. Daha 25 nəfər yaralanıb.

ABŞ prezidenti Co Bayden hadisəyə görə Suriya və İraqda İranın dəstəklədiyi qrupları günahlandırıb.

Əvvəlki məqalə

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

Sonrakı məqalə

Prezident Zelenski gəlirlərini açıqladı