İordaniyanın şimalında ABŞ bazasına pilotsuz təyyarənin hücumu nəticəsində 3 amerikalı hərbçi ölüb.
Bu barədə CNN rəsmilərə istinadla məlumat yayıb.
Məlumata görə, hadisə ölkənin şimalında, Suriya ilə sərhədə yaxın ərazidə baş verib. Ən azı 20 amerikalı hərbçinin yaralandığı bildirilir.