ABŞ-ın İraqdakı bazasına raket hücumu –

12.01.2020 · 22:43 · Dünya

İraqda amerikalı hərbçilərin olduğu “Bələd” bazası raket hücumuna məruz qalıb.

Hərbi bazanın ərazisinə 8 raket atılıb. Səlahəddin vilayətində yerləşən bazaya hücum nəticəsində 4 nəfər yaralanıb. Yaralıların iraqlı hərbçilər olduğu bildirilir.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.