ABŞ-ın Kabildəki səfirliyində güclü partlayış olub

Çərşənbə günü səhər Əfqanıstanın paytaxtı Kabildəki ABŞ səfirliyi yaxınlığında böyük partlayış baş verib.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Sinxua Xəbər Agentliyi məlumat yayıb.

Səfirlikdəki partlayışdan sonra işə düşən həyəcan siqnalının səsi ətrafı bürüyüb.  Xəsarətlər və dağıntılar barədə rəsmi məlumat verilməsə də, ola biləcəyi ehtimal edilir.

Qeyd edək ki, bu gün “Əl-Qaidə” terror təşkilatının Nyu-Yorkda Ümumdünya Ticarət Mərkəzi qüllələrinə hücumunun 18-ci ildönümüdür.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda insanlar ən çox vərəmin hansı formasına yoluxur?-

Sonrakı məqalə

Tozsoran və soyuducu “satan” bankirlər –