ABŞ-ın koronavirus əleyhinə vaksin istehsalçısı Azərbaycanı tərk edir

 

ABŞ-ın koronavirus (COVID-19) əleyhinə vaksin istehsalçısı – “Pfizer H.C.P. Corporation” şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv olunduğunu elan edib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 43, mənzil 17/2 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, sözügedən nümayəndəlik 2009-cu ildə yaradılıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 96E, qanuni təmsilçisi isə Dmiri Sergeyeviç Kozenkovdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiya-Ukrayna danışıqlarının növbəti mərhələsi sabah keçirilə bilər

Sonrakı məqalə

Azərbaycanda son sutkada 832 nəfər COVID-19-a yoluxub, 21 nəfər vəfat edib