"ABŞ-ın Venesuela prezidenti Nikolas Maduronu ələ keçirmək üçün keçirdiyi hərbi əməliyyat beynəlxalq hüququn fundamental prinsipini sarsıdır". AzPost bildirir ki, bu sözləri BMT İnsan Hüquqları Şurasının sözçüsü Ravina Şamdasani bildirib. O bildirib ki, dövlətlərə digər ölkələrin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı təhdid etmək və ya güc tətbiq etmək icazəsi verilmir. Şamdasani bildirib ki, ABŞ-ın Venesuelada uzun müddətdir davam edən insan hüquqlarının pozulmasına görə Maduronun məsuliyyət daşıdığı iddiası hərbi müdaxiləni əsaslandıra bilməz. O, həmçinin qeyd edib ki, ABŞ -ın əməliyyatı ölkədəki qeyri-sabitliyi yalnız daha da artıra və onun daha da hərbiləşdirilməsinə səbəb ola bilər.

AzPost.az