ABŞ-ın Qrenlandiya siyasəti Avropa İttifaqında qorxu yaradıb

ABŞ Prezidenti Donald Trampın Qrenlandiya siyasəti Brüsseldə qorxu yaradıb. Avropa İttifaqı liderləri köhnə qaydaların hər zaman işləmədiyi qənaətinə gəliblər.

“Politico” nəşri bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, Avropa rəsmiləri hesab edirlər ki, Qrenlandiya ilə bağlı vəziyyət yeni reallıq yaradıb, artıq hətta ABŞ-ın müttəfiqləri belə Prezident Donald Trampın hiyləsindən sığortalanmayıblar.

Birləşmiş Ştatların dövlət başçısı İsveçrənin Davos şəhərində keçirilən Ümumdünya İqtisadi Forumunda çıxışı zamanı Qrenlandiya üzərində nəzarəti ələ keçirmək üçün güc tətbiqini planlaşdırmadığını və əvvəllər adanı dəstəkləyən Avropa ölkələrinə qarşı elan edilmiş yeni tariflərin fevralın 1-dən tətbiq olunmayacağını bildirib. Buna baxmayaraq, Donald Trampın sözləri avropalıları sakitləşdirməyib, çünki o, Qrenlandiya üzərində nəzarəti ələ keçirmək niyyətini yenidən təkrarlayıb və Avropanı müxtəlif məsələlərə, xüsusilə də immiqrasiya siyasətinə görə tənqid edib.

56,7 min əhalisi olan Qrenlandiya muxtar ərazi kimi Danimarkanın bir hissəsidir. 1951-ci ildə Vaşinqton və Kopenhagen Qrenlandiyanın müdafiəsi ilə bağlı müqavilə imzalayıb. ABŞ müqaviləyə uyğun olaraq adanın müdafiəsini öz üzərinə götürüb. Hazırda adada ABŞ-ın raket hücumu xəbərdarlığı sistemi və Arktika zonasına nəzarəti həyata keçirən “Pituffik” kosmik bazası yerləşir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.