ABŞ-ın Suriya üzrə xüsusi elçisi Türkiyədədir

- Müzakirələr başlayıb
09 Noyabr 2019 - 13:16

ABŞ-ın Suriya üzrə xüsusi elçisi Ceyms Cefri Türkiyədə səfərdədir.

“Report” “Milliyet”ə istinadən xəbər verir ki, amerikalı diplomat ilk öncə milli müdafiə nazirinin müavini Yunus İmrə Qaraosmanoğlu ilə iki ölkə arasında oktyabrın 17-də Suriyaya dair imzalanmış sazişin yerinə yetirilməsi məsələsini müzakirə edib.

Daha sonra milli müdafiə naziri Hülusi Akarla ABŞ-ın Türkiyədəki səfiri David Satterfildin iştirakı ilə keçirilən danışıqlar zamanı, habelə xarici işlər nazirinin müavini Sədat önal ilə geniş tərkibdəki danışıqlar əsnasında PKK-YPG kürd təşkilatlarına məxsus silahlı dəstələrin təhlükəsizlik bölgədən çıxmasına dair Türkiyə-ABŞ razılaşması müzakirə mövzusu olub. Belə ki, razılaşmanın şərtlərinə zidd olaraq PKK-YPG-nin “Barış bulağı” bölgəsidən çəkilməyərək hərbi əməliyyatlarına davam etmələri diqqətə çatdırılıb.