ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Türkiyəyə səfər edəcək

- Türkiyə rəsmiləri və Suriya müxalifəti ilə görüşəcək
07 Noyabr 2019 - 13:26

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri Türkiyəyə səfər edəcək.

APA-nın ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi xəbərə görə, C.Cefri 8-9 noyabrda Ankarada və İstanbulda Türkiyə rəsmiləri və Suriya müxalifətinin üzvləri ilə görüşəcək.

Görüşlərdə Suriyanın şimal-şərqindəki vəziyyəti, Suriya münaqişəsi üzrə BMT-nin 2254 saylı qətnaməsinin həyata keçirilməsi və İŞİD-lə mübarizə müzakirə olunacaq.