ABŞ-ın Suriyadakı hərbi bazasına hücum edilib

abs suriya baza

Suriyanın Əl-Tənf qəsəbəsi yaxınlığında yerləşən ABŞ və Qərb koalisiyasının hərbi bazasına hücum edilib.

APA bildirir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

əlumata görə, Suriyanın Homs əyalətində, İraqla sərhədə yaxın ərazidə yerləşən Əl-Tənfdakı koalisiya bazasına yaxın əraziyə bir neçə zərbə endirilib.

Suriya televiziyası xəbər verir ki, bazanın içərisində bir neçə partlayış səsi eşidilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir