ABŞ-ın Tiflisdəki yeni səfiri HDQ komandanının müşaviridir –Vaşinqton Cənubi Qafqaza niyə hərbçi karyerası olan səfirlər təyin edir?

Bir illik fasilədən sonra Gürcüstanda nəhayət, ABŞ səfiri olacaq.

 Azpost.info JAM.net-ə istinadən bildirir ki, prezident Tramp Tbilisidə ABŞ-ın diplomatik missiyasının rəhbəri vəzifəsinə namizəd qismində təcrübəli diplomat Kelli Deqnanı təqdim edib. O, Tramp administrasiyası tərəfindən təyin edilmiş ABŞ-ın Gürcüstandakı ilk səfiri olacaq.

Kaliforniyadan olan diplomat Kelli Deqnan müşavir səfir statusuna malikdir. Hazırda o, Avropada və Afrikada ABŞ Hərbi-Dəniz Qüvvələrinin komandanının siyasi müşaviri vəzifəsində çalışır.

Hadisəni Gürcüstanın xarici işlər naziri David Zalkaliani şərh edib: “Biz bu təyinatı alqışlayırıq. Məndə olan məlumatlara görə, Kelli Deqnanın təyinatından əvvəl müəyyən prosedurlar, senatda komitə dinləmələri olacaq və bundan sonra, təbii ki, biz onunla fəal əməkdaşlıq edəcəyik”, — nazir bildirib.

25 illik diplomatik karyerası ərzində Kelli Denqan ABŞ-ın İtaliyadakı və Kosovadakı dilomatik nümayəndəliyinin rəhbərinin müavini vəzifəsində çalışıb. ABŞ-ın NATO-dakı nümayəndəliyində siyasi müşavi işləyib; həmçinin ABŞ-ın Türkiyədəki səfirliyinin siyasi müşavirinin müavini olub, ABŞ-ın Əfqanıstandakı hərbi briqadasının mülki təmsilçisi vəziəsini daşıyıb.

Kelli Denqan eyni zamanda ABŞ dövlət katibinin siyasi məsələlər üzrə köməkçisi olub.

Gürcüstanda Fövqəladə və Səlahiyyətli səfir vəzifəsinə namizəd fəlsəfə doktorudur. Jurnalistika üzrə bakalavr dərəcəsinə malikdir. O, italyan, fransız, türk və urdu dillərində danışa bilir.

Maraqlıdır ki, Vaşinqton son ildə Qafqaz ölkələrinə göndərdiyi səfirlərin statusunda dəyişiklik etməyə başlayıb. Bu diploamtlar daha çox hərbi-siyasi yönlü şəxslər olurlar. Qeyd edək ki, ABŞ-ın Azərbayacan ötən il təyin etdiyi səfir Erla Litzenberqer də səfir postuna təyin edilənə qədər Birləşmiş Ştatların NATO yanındakı missiyasında çalışıb. Ermənistana ötən il təyin edilmiş səfir Treysi də Rusiya və keçmiş SSRİ ölkələri üzrə mütəxəssisdir. O, Dövlət Departamentində Rusiya məsələləri üzrə böyük məsləhətçi olub. Gürcüstana gələn səfir Denqan ABŞ-ın NATO-dakı nümayəndəliyində siyasi müşavi işləyib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Parlamentdə Ali təhsil haqqında qanun layihəsi necə hazırlanır? –

Sonrakı məqalə

Kartofu xaricə satıb təkrar ordan nə üçün alırıq? –