ABŞ-ın Türkiyədəki səfirliyi Baxçalı ilə əlaqədar ikinci dəfə üzr istədi

ABŞ-ın Türkiyədəki səfirliyi Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ilə əlaqədar gün ərzində ikinci dəfə üzr istəyib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, üzr  ABŞ-ın Türkiyədəki səfirliyinin “Twitter” səhifəsində yerləşdirilib.

Qeyd edək ki, D. Baxçalı xəstəxanaya yerləşdirildikdən sonra Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə ittiham edilən və Türkiyədən qaçmış jurnalist Ergün Babahan “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, ”Türkiyə xalqları Baxçalısız bir siyasət dönəminə hazır olmalıdır”. Bu status ABŞ-ın Türkiyədəki səfirliyinin “Twitter” səhifəsi tərəfindən bəyənilib. Səfirlik bu gün açıqlama yayaraq “Twitter” səhifəsi tərəfindən bəyənilmənin yanlışlıq olduğunu bildirib və üzr istəyib. Ancaq Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Türkiyədə böyük narazılıq yaradan bu addımla əlaqədar bu gün ABŞ səfirliyinin müvəkkilini çağıraraq  rəsmi izahat tələb edib.

Baş verən olayı bir xəta kimi dəyərləndirən ABŞ səfirliyinin bu gün yaydığı ikinci üzr mətnində qeyd edilib ki, E. Babahanla əlaqələri yoxdur, statusunu da dəstəkləmir və qəbul etmirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ərdoğan:

Sonrakı məqalə

Metro yaxınlığında ər arvadını 20 bıçaq zərbəsilə öldürdü –