ABŞ-ın Yəmənə endirdiyi zərbələr nəticəsində öldülənlərin sayı 33-ə çatıb

ABŞ-ın Yəmənə endirdiyi hava zərbələri nəticəsində azı 33 nəfər öldürülüb, 80 insan isə yaralanıb.

APA xəbər verir ki, bu barədə Yəmənin “Al Masirah” telekanalı məlumat yayıb.

Məlumata görə, hücumlar cümə gecəsi Qırmızı dəniz sahilində yerləşən Əl-Hudeyda vilayətindəki Ras İsa limanına, xüsusilə oradakı neft terminalına yönəlib.

Hadisə nəticəsində 17 fəhlə və işçi, eləcə də 5 təcili yardım əməkdaşı həlak olub. Limanda güclü yanğın baş verib və hazırda alovun söndürülməsi istiqamətində işlər davam etdirilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.