ABŞ İran ordusunun Baş Qərargah rəisinə sanksiya tətbiq edib- İrandan operativ reaksiya

ABŞ İran ordusunun Baş Qərargah rəisi general Məhəmməd Baqerinin adını sanksiyaların tətbiq edildiyi şəxslərin siyahısına salıb.

Azərtac xəbər verir ki, Birləşmiş Ştatların Maliyyə Nazirliyi İrana qarşı yeni sanksiyaların tətbiq edildiyini açıqlayıb. Siyahıya İranın doqquz nəfər nüfuzlu dövlət və din xadiminin adları daxil edilib. Həmin şəxslərin arasında İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri və İranın Ali Dini Rəhbərinin oğlu Müştəba Xameneinin də adları var.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Müsəvi bu məsələyə rəsmi Tehranın münasibətini bildirib. O deyib ki, ABŞ regionda siyasi vəziyyəti gərginləşdirmək üçün bütün variantlardan istifadə edir. Yeni sanksiyaları mənasız adlandıran A.Müsəvi bildirib ki, həmin şəxslərin xaricdə heç bir sərvəti yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda müəllimlərin diaqnostikası yeni qaydalarla aparılacaq

Sonrakı məqalə

“Gələn il də maaşlar artırılacaq”