ABŞ İranla bağlı əlavə sanksiyalar elan edib.
Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yeni məhdudlaşdırıcı tədbirlər Hörmüz boğazında vəziyyətin gərginləşməsi fonunda tətbiq olunub.
Sanksiyalar, xüsusilə, Birləşmiş Ərəb Əmirliklərində yaşayan, İran elitasının maliyyəçisi olan Əli Ənsarini hədəf alıb. ABŞ Maliyyə Nazirliyinin iddiasına görə, o, dövlət vəsaitlərini mənimsəyərək İran rəhbərliyinin maraqları naminə ölkə xaricində istifadə edib.
Bundan başqa, yeni məhdudlaşdırıcı tədbirlər bir sıra İran “kölgə valyuta mübadiləsi” şirkətini də əhatə edir.