ABŞ İraqa dollar daşıyan təyyarənin uçuşunu blokladı

Tramp administrasiyası İraqa ABŞ dolları göndərişlərini dayandırıb və İraq ordusu ilə təhlükəsizlik əməkdaşlığı proqramlarını dondurub.

Azpost.info bildirir ki, bu barədə “The Wall Street Journal” qəzeti ABŞ və İraq rəsmilərinə istinadən məlumat yayıb.

Bu addım İranın dəstəklədiyi yerli silahlı dəstələrə təzyiq göstərmək üçün atılıb.

Rəsmilər bildiriblər ki, Nyu-York Federal Ehtiyat Bankında saxlanılan hesablardan təxminən 500 milyon dolları daşıyan yük təyyarəsi bu yaxınlarda Maliyyə Nazirliyinin rəsmiləri tərəfindən bloklanıb. Bu pul İraq neftinin satışından əldə edilən vəsaitdir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.