“İranın ABŞ-a cavab planında tədbirli, mürəkkəb və ağrıdıcı hərəkət edəcək”.
Azpost.info bildirir ki, bu barədə İranın Ali Milli Müdafiə Universitetinin rektoru, birqada generalı Əhməd Vəhidi Süleymaninin qətli ilə bağlı İRİB-in ikinci telekanalı ilə müsahibədə vurğualyıb.
Birqada generalı deyib ki, general-leytenant Qasım Süleymaninin qətli dövlət terrorizmidir. O vurğulayıb ki, amerikalılar İŞİD kimi yüyənsiz bir terrorizm qarşısında dayanaraq, onu məhv edən bir hərbi komandanı şəhid etdilər: “Amerikalılar İŞİD-i bərpa etmək məqsədilə bəzi terrorçuları Suriyadan və digər yerlərdən İraqa gətiriblər. Buna görə, general Süleymani İraq hökumətinin dəvəti ilə bu məsələnin qarşısını almaq üçün həmin ölkəyə səfər etmişdi”.