ABŞ Kiyevə Rusiyanın dərinliyinə zərbə endirməyə icazə verib –Borrell

ABŞ Kiyevə Rusiyanın 300 km-ə qədər dərinliyinə zərbələr endirməsinə icazə verib.

APA xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Komissarı Cozep Borrell mətbuat konfransında deyib.

“Bu, çox da uzaq deyil, lakin bu, ABŞ administrasiyasının qərarıdır. Niyə bu qərarı əvvəllər deyil, indi veriblər, bilmirəm”, – diplomat qeyd edib.

Onun sözlərinə görə, bu mövzu Aİ xarici işlər nazirlərinin görüşündə müzakirə olunub.

Əvvəlki məqalə

Avropa İttifaqı Gürcüstana siyasi missiya göndərəcək

Sonrakı məqalə

Gürcüstanda polis müxalifətin etiraz aksiyasını dağıdıb