ABŞ Kiyevdən “Qazprom”-un qaz kəmərinin ona verilməsini tələb edir –REUTERS

qaz nəqli
qaz nəqli

ABŞ-ın sərt şərtləri səbəbindən gərgin keçən ABŞ-Ukrayna arasında danışıqlarda irəliləyiş yoxdur.

AzPost bildirir ki, bu barədə Reuters məlumat yayıb.

Agentlik yazır ki, ABŞ daha da sərt təklif hazırlayıb. Bu təklif ölkənin Ukrayna faydalı qazıntılarına imtiyazlı çıxışı nəzərdə tutur. Bu səbəbdən Ukrayna tərəfi ilə danışıqlar gərgin keçib.

Şərtlərə həmçinin “Qazprom”-un Ukraynadan Avropaya keçən qaz kəmərinin amerikalılara verilməsi daxildir. Həmçinin Kiyevin təbii ehtiyatların dövlət və özəl şirkətlər tərəfindən istismarından əldə edilən bütün gəlirləri birgə investisiya fondunda yerləşdirmək öhdəliyi də var.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.