ABŞ Konqresi 2023-cü il üçün 1,7 trilyon dollarlıq büdcə layihəsini təsdiqlədi

ABŞ Nümayəndələr Palatası və Senat 2023-cü il üçün 1,7 trilyon dollarlıq büdcə layihəsini təsdiqlədi.

Azpost.info xəbər verir ki, bu vəsaitin 45 milyard dolları Ukrayna və ABŞ-ın NATO-dakı müttəfiqlərini dəstəkləmək üçün ayrılacaq.

Büdcə layihəsində daxili qeyri-müdafiə proqramlarına 772,5 milyard dollar, təbii fəlakətlərin idarə edilməsinə 40 milyard dollar və müdafiənin maliyyələşdirilməsinə 858 milyard dollar vəsaitin ayrılması nəzərdə tutulur.

Qanun layihəsi həmçinin mövcud qanunvericiliyin bir sıra siyasi müddəalarına yenidən baxılmasını nəzərdə tutur.

Sənəd imzalanmaq üçün ABŞ prezidenti Co Baydenə təqdim olunacaq.

Azpost.info

Əvvəlki məqalə

Müdafiə Nazirliyi komando hərbi hissələrinə qəbul elan edib –

Sonrakı məqalə

“Gün gələcək Qərbi azərbaycanlılar tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar”