ABŞ Konqresi bu gün Co Baydeni prezident postuna təsdiq edib

Co Baydenin noyabrda keçirilmiş prezident seçkilərində qələbəsi təsdiqlənib.

“NBCNews”-ın verdiyi xəbərə görə, ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatı Co Baydenin qələbəsini təsdiqləyib.

Respublikaçılar Partiyasının bir neçə təmsilçisi Arizona və Pensilvaniyada keçirilən seçki nəticələri ilə bağlı etirazlarını bildirsələr də, hər iki palatadan olan üzvlər proses başladıqdan 14 saat sonra elektoral kollecin nəticələrini qəbul edib.

Co Bayden 270-dən çox elektoral səs toplayıb. Konqresin bu təsdiqləməsi ilə noyabr səsverməsinin nəticələrinin ümumiləşdirmə prosesinə və ABŞ administrasiyasının növbəti rəhbərinin rəsmi olaraq kim olduğu barədə mübahisələrə son qoyulur.

Qeyd edək ki, ABŞ-ın yeni prezidenti kimi Co Baydenin andiçmə mərasimi yanvarın 20-nə planlaşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistanın xarici işlər naziri, sən kimsən ki, oraya gedirsən? Oxşar addım təkrarlanarsa, cavabımız çox sərt olacaq” –

Sonrakı məqalə

“Sülhməramlı qüvvələrin humanitar işlərlə məşğul olması bəyanatda təsbit edilməyib” –