ABŞ Konqresi Trampın impiçmentinə dair səsverməni təxirə saldı- SƏBƏB

ABŞ Konqresi Prezident Donald Trampın impiçmenti proseduruna icazə verilməsi barədə səsverməni təxirə salıb.

Azərtac Fox News telekanalına istinadla xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bildirib.

Bunun demokratlar üçün vacib məsələ olduğunu vurğulayan Nensi Pelosi deyib: “Səsvermənin ləngimədən keçirilməsinə heç bir tələbat yoxdur və bu səbəbdən təcili səsvermə keçirməyəcəyik”.

Xatırladaq ki, sentyabrın 24-də Nümayəndələr Palatasındakı demokratlar Donald Trampın impiçmenti üzrə formal təhqiqat prosedurunun başlaması təşəbbüsü ilə çıxış ediblər. Onlar dövlət başçısını gələcək prezident seçkilərində əsas rəqibi Cozef Baydenə qarşı təhqiqatın aparılması məqsədilə Ukraynaya təzyiq etməkdə günahlandırırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanlılar Türkiyəyə axın edir

Sonrakı məqalə

Cavanşir Paşazadə: