ABŞ Konqresinin qarşısında Trampın tərəfdarları ilə qarşıdurma –Prezidentə dəstək verənlər bina girməyə çalışıblar (VİDEO)

ABŞ Prezidenti Donald Trampın tərəfdarları Capitoli binasına girməyə çalışıblar.

Bu barədə “NBC News” məlumat yayıb.

Bildirilib ki, Konqres binası qarşısında Trampın tərəfdarları ilə polis arasında qarşıdurma baş verib. Kütlə Konqres binasına girməyə cəhd edib.

Konqresmen Riçi Torres açıqlamasında bildirib ki, ona və həmkarlarına Konqres binasının bir hissəsi olan Kannondan ayrılmaqları istənilib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Konqresində seçkilərin nəticələrinin təsdiqlənməsinə dair etirazlarla bağlı müzakirələr aparılıb. Bir qrup senator Arizona çtatında seçici səsinin təsdiqlənməsinə etiraz edib. Bundan sonra, Konqresin ümumi iclasına rəhbərlik edən vitse-prezident Mayk Pens iclasın qapalı olduğunu, palatalarında etirazları ayrı-ayrılıqda müzakirə edəcəyini və müvafiq səsvermə keçirəcəyini bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Göyçayın bələdiyyə sədrinin İsmayıllıda meyiti tapılıb

Sonrakı məqalə

Vətən Müharibəsi qazisi hospitalda intihar etdi –