28 oktyabr 2022-ci ildə San-Fransiskoda ABŞ Konqresinin Nümayəndələr Palatasının sabiq sədri Nensi Pelosinin evinə soxulan və onun 84 yaşlı ərini çəkiclə döyən Devid DePape barədə hökm çıxarılıb.
Azpost.info bildirir ki, Kaliforniya ştatının məhkəmə hökmünə görə, Devidə şərti azad etmə hüququ olmadan ömürlük həbs cəzası verilib.
Hücum nəticəsində Paul Pelosi kəllə sümüyü sınıb, o qolundan və əlindən xəsarət alıb.
Bu ilin may ayında David DePape federal zabitə hücum və qaçırmağa cəhd ittihamı ilə artıq 30 il həbs cəzasına məhkum edilmişdi.