ABŞ-Meksika sərhədində 1 milyona yaxın qanunsuz mühacir saxlanılıb

12 Oktyabr 2019 - 15:52

ABŞ-da 2019-cu maliyyə ilində Meksika sərhədində 1 milyona yaxın qanunsuz mühacir saxlanılıb.

Gömrük və Sərhəd Mühafizə İdarəsində (CBP) komissar vəzifəsini icra edən Mark Morqen Ağ Evə mühacirlərlə bağlı son vəziyyət barədə məlumat verib.

Keçən il ABŞ-ın “gözlənilməz və şoka salan” səviyyədə qeyri-qanuni immiqrasiya axınına məruz qaldığını qeyd edən Morqen “CBP-nin cənub sərhəddindəki təhlükəsizlik tədbirləri nəticəsində, 2019-cu maliyyə ilində təxminən 1 milyon qanunsuz mühacir həbs edildi” deyə bildirib.

Morgan bu  rəqəmin 2018 maliyyə ilindən 88 faiz çox olduğunu vurğulayıb: “Bu rəqəmlər dünyada hər hansı bir immiqrasiya sisteminin başa çıxa biləcəyi səviyyədə deyil”.

Morgan həmçinin ABŞ-ın Meksika, Qvatemala və El Salvadorla əməkdaşlığı nəticəsində qeyri-qanuni mühacirlərin sayının azaldığına diqqət çəkib.