ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) Los-Ancelesdə özünü “Azərbaycan vətəndaşı” kimi təqdim etmiş Levon Georgiyeviç Ayrapetovun həbs olunduğunu elan edib.
Azpost.info bildirir ki, bu barədə rəsmi açıqlamada vurğulanır.
“Fevralın 2-də Los-Anceles ICE tərəfindən yüksək prioritetli hədəf və Azərbaycandan olan sənədsiz immiqrant Levon Georgiyeviç Ayrapetovu saxlanılıb”.
Onun geniş cinayət tarixçəsinə soyğunçuluq və oğurluq, külli miqdarda narkotik qaçaqmalçılığı, qadağan olunmuş silah saxlama və çoxsaylı lisenziyalaşdırma pozuntuları daxildir”, – deyə agentlik açıqlamasında bildirib.