ABŞ müdaifə naziri “İran hucuma hazırlaşır” bəyanatını verdi –“”Hamısını avtomatla “biçəcəyik”

“İran və onun regional tərəfdaşları Yaxın Şərqdə Amerika maraqlarına növbəti hücumlar planlaşdıra bilərlər”.

Azpost.info “Amerikanın Səsi”nə istinadən bildirirki, bu barədə ABŞ müdafiə naziri Mark Esper xəbərdarlıq edib.

Detallara varmadan müxbirlərlə Pentaqonda danışan Esper deyib ki, Vaşinqton İranından yeni təxribatlar qaynaqlanacağına dair işarələr müşahidə edir. Əgər bu baş verərsə, ABŞ kifayət qədər xəbərdarlıq olduğu təqdirdə önləyici tədbirlər görəcək.

Esper bu bəyanatı Küveytə yüzlərlə ABŞ əsgəri göndərilməsindən iki gün sonra verib. Yüzlərlə əsgər ABŞ-ın İraqdakı səfirliyinə iranpərəst yarı-hərbi dəstə üzvlərinin hücum etməsindən sonra göndərilib.

Baş Qərargah rəisi General Mark Milley ilə yanaşı duraraq danışan Esper bəyan edib ki, səfirliyiə növbəti dəfə hücum etmək istəyənlər “biçiləcək”.

Böyük bir izdiham çərşənbə axşamı Bağdaddakı səfirliyin divarlarını aşaraq bir neçə yeri yandırıb. Bu gecə isə bəziləri səfirliyin sərhədini keçmədən kompleksin önündə etiraz edib.

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı müxbirlərə deyib ki, o, ABŞ təsislərinə vurulan ziyanlara və yaralananlara görə İranı cavabdeh tutur.

İranın ali dini lideri Ayətullah Əli Xamenei çərşənbə axşamı Twitter hesabında ABŞ-ın İraq və Suriyadakı addımlarını qınayıb və Trampın bəyanatına birbaşa cavab olaraq “sən heç nə edə bilməzsən” deyib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabahın hava proqnozu –

Sonrakı məqalə

General Süleymaninin yerinə yeni şəxs təyin olundu –